Kriminal Özəl

Ağcabədi sakini qohumunu bıçaqladı

Ağcabədi sakini qohumunu bıçaqladı

Ağcabədi rayonunda qohumunu bıçaqlamaqda təqsirləndirilən Tağı Tağızadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Nahid Hüseynovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü Tağı Tağızadə şəxsi münasibətlər zəminində qohumu 1988-ci il təvəllüdlü Mamedov Amil Tofiq oğlunu yaşadığı evin qarşısında bıçaqlayıb.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova