İdman

Premyer Liqa: bu gün “Neftçi” ev, “Zirə” səfər oyununa çıxacaq

Premyer Liqa: bu gün “Neftçi” ev, “Zirə” səfər oyununa çıxacaq

Azərbaycan Premyer Liqasında bu gün XIV tura yekun vurulacaq.

“Report”un məlumatına görə, son gündə iki oyun keçiriləcək.

Meydançaya ilk olaraq “Neftçi” çıxacaq. Premyer Liqanın bürünc mükafatçısı “Araz-Naxçıvan”ı qəbul edəcək. Adrian Mutunun kollektivi turnir cədvəlindəki qonşusunu qabaqlamaq üçün doğma azarkeşləri önündə qələbə qazanmalıdır.

Tura Sumqayıtda yekun vurulacaq. Şəhərin eyniadlı komandası “Zirə” ilə üz-üzə gələcək. Rəşad Sadıqovun yetirmələri liderliyi davam etdirmək üçün bu qarşılaşmada da hesablarına 3 xal yazdırmalıdırlar. Əks təqdirdə, “Sumqayıt” aradakı xal fərqini 3-ə endirəcək.

Premyer Liqa XIV tur 26 noyabr (bazar)

15:30. “Neftçi” – “Araz-Naxçıvan” Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Tural Qurbanov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Aslan Şahgəldiyev “Neftçi Arena”

18:00. “Sumqayıt”– “Zirə” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Erkin Hüseynov “Kapital Bank Arena”

D
demokrat.az