İdman

Premyer Liqa: "Səbail" "Kəpəz", "Qəbələ" "Turan Tovuz"u qəbul edəcək

Premyer Liqa: Səbail Kəpəz, Qəbələ Turan Tovuzu qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha iki oyunu keçiriləcək.

"Report"un məlumatına görə, ilk olaraq "Səbail" "Kəpəz"i qəbul edəcək.

“ASCO Arena”dakı qarşılaşma saat 14:00-da start götürəcək. "Dənizçilər" 21 xalla 4-cü, "Kəpəz" 9 xalla 9-cu pillədə qərarlaşıb.

Günün ikinci matçı Qəbələdə gerçəkləşəcək. Şəhərin eyni adlı komandası "Turan Tovuz"un müqavimətini qırmağa çalışacaq. Meydan sahibləri 8 xalla sonuncu - 10-cu, qonaqlar 15 xalla 8-ci sırada yer alıblar.

Azərbaycan Premyer Liqası

XIV tur

25 noyabr (şənbə)

14:00. “Səbail” – “Kəpəz” Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Teymur Teymurov, Rəşad Əhmədov Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Seymur Səlimli “ASCO Arena”

16:00. “Qəbələ” – “Turan Tovuz” Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Şirmamed Mamedov, Kamran Əliyev Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov Qəbələ şəhər stadionu

Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Sabah"ı 2:1 hesabı ilə üstələyib. Tura noyabrın 26-da oynanılacaq "Neftçi" - "Araz-Naxçıvan" və "Sumqayıt" - "Zirə" görüşləri ilə yekun vurulacaq.

D
demokrat.az