İdman Özəl

Fələstinə dəstək verən futbolçu saxlanıldı

Fələstinə dəstək verən futbolçu saxlanıldı

Fransa Liqa 1 komandalarından olan “Nitsa”da çıxış edən Yousef Atal sosial media hesabında yəhudiləri söyən şəxsin videosunu paylaşdığı üçün saxlanılıb.

Demokrat.az bildirir ki, milli mətbuatda çıxan xəbərlərə görə, Atal dünən ölkənin cənubundakı Nitsa şəhərində saxlanılıb.

Keçən ay sosial şəbəkədə yəhudiləri söyən bir şəxsin videosunu paylaşdıqdan sonra "nifrətə təhrik" maddəsi ilə barəsində açılan istintaq çərçivəsində saxlanılan futbolçunun bu gün məhkəmə qarşısına çıxacağı gözlənilir.

Xatırladaq ki, ötən ay Atalın sosial media hesabında paylaşdığı video Fransada reaksiya görüb.

"Nitsa" komandası futbolçunu daha sonra paylaşımını silib üzr istəsə də, heyətdən kənarlaşdırıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova