Azarkeşlərin səbirsizliklə gözlədiyi Cim Ratkliff tezliklə "Mançester Yunayted"in başına keçəcək.
Demokrat.az xəbər verir ki,Cim Ratkliff həm də Fransa Liqa 1 komandalarından biri olan Nitsa klubunun sahibidir.
"Nitsa" Fransa liqasında PSJ-dən 1 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.
Növbəti mövsüm yeni formatı ilə oynanılacaq Çempionlar Liqasında Fransadan 3 komanda avtomatik olaraq iştirak edəcək.
Bir komanda pley-off uğrunda mübarizə aparacaq. Premyer Liqada avtomatik olaraq turnirdə iştirak edəcək 5 komandadan ibarət kvota var.
“Mançester Yunayted” üçün problem buradan başlayır. Ser Cim Ratkliff komandanın başına keçərsə, UEFA-nın "çox klublu mülkiyyət" qaydaları işə düşəcək.
Bir insanın birdən çox klubu varsa tətbiq olunan bu qayda Mançester Yunayted üçün problem yaradır. Müvafiq olaraq, Ratkliffin iki komandasının eyni mövsümdə avrokuboklarda mübarizə aparması üçün bir komanda Çempionlar Liqasında, digər komanda isə Konfrans Liqasında olmalıdır.
Əgər Ratkliffin hər iki komandası Çempionlar Liqası vizası alırsa, o zaman liqanı yuxarı pillədə başa vuran komanda Çempionlar Liqası vizası ala bilər, digər komandanın isə avrokuboklarda yarışmasına icazə verilmir.
Hazırda "Nitsa" öz liqasında 2-ci yerdədir. “Mançester Yunayted” isə 6-cı yerdədir.
“Yunayted” artıq Çempionlar Liqasının potundan kənarda qalıb.
Bununla belə, ilk 5-liyə daxil olmaq və viza almaq şansı var. Çempion və ya 2-ci olmaq çətin görünür.
Belə olan halda "Nitsa" 2-ci yerini qoruyub saxlayarsa, Fransa komandası Çempionlar Liqası vizası alacaq, "Mançester Yunayted" isə kubokda iştirak hüququnu itirəcək.
Aysu Demokrat.az


