Keçmiş futbolçu Oliver Speddinq 34 yaşında vəfat edib.
Demokrat.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Bildirilib ki, İngiltərə Premyer Liqasında futbol oynayarkən idman karyerasını yarımçıq qoyub film sənayesinə qədəm qoyan Oliver Speddinq 34 yaşında dünyasını dəyişib.
Oliver Speddinqin ölüm xəbərini İngiltərənin "Kroydon" klubu açıqlayıb.
“Kroydon” klubu matçdan əvvəl verdiyi açıqlamada bunları söyləyib: “Oliver bir neçə müddət klubda oynayıb və hər zaman komanda üçün əlindən gələni edən çox məşhur bir insan olub. Klubda hər kəs onun üçün çox darıxacaq”.
Qeyd edək ki, “Kroydon”un final oyunundan əvvəl Speddinq bir dəqiqəlik sükutla yad edilib.
Aysu Demokrat.az


