Futbol üzrə Azərbaycan Kubokunda bu gün 2023/2024 mövsümünə start veriləcək.
“Report”un məlumatına görə, ilk gündə I təsnifat mərhələsinin 3 oyunu keçiriləcək.
Cütlərin qalibləri II təsnifat mərhələsinə yüksələcəklər.
Raundun digər matçları 19-20 noyabr tarixlərində keçiriləcək.
Azərbaycan Kuboku I təsnifat mərhələsi 18 noyabr (şənbə)
13:00. “Füzuli” – “Lerik” Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Zöhrab Abbasov, Şamil İmanzadə Hakim-inspektor: Əmrah İbrahimov AFFA nümayəndəsi: Eldəniz Musayev “ASK Arena”
13:00. “Qusar” – “Şahdağ Qusar” Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Əkbər Əhmədov Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Elçin Məmmədov “Kapital Bank Arena” (ehtiyat meydança)
14:30. “Göygöl” – “Dinamo” Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Teymur Teymurov, Elvin Bayramov Hakim-inspektor: Gülağa Cabarov AFFA nümayəndəsi: Mübariz Hüseynov Göygöl OİK stadionu


