İdman

“Neftçi” bu gün “Zenit”lə yoxlama görüşü keçirəcək

“Neftçi” bu gün “Zenit”lə yoxlama görüşü keçirəcək

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən “Neftçi” bu gün yoxlama görüşü keçirəcək.

“Report”un məlumatına görə, Bakı klubu Rusiya təmsilçisi “Zenit”lə qarşılaşacaq.

İyulun 1-də “Match TV” turniri çərçivəsində Sankt-Peterburqda üz-üzə gələn komandalar bu dəfə “Neftçi Arena”da qarşılaşacaqlar. Klubların millilərə qoşulan oyunçuları bugünkü matçda iştirak etməyəcəklər.

Qeyd edək ki, Rusiyadakı qarşılaşmada “Zenit” 3:1 hesablı qələbə qazanıb.

Yoxlama görüşü

18 noyabr

21:00. “Neftçi” (Azərbaycan) – “Zenit” (Rusiya)

Bakı, “Neftçi Arena”

D
demokrat.az