İdman

Premyer Liqa: “Zirə” “Qəbələ” ilə, “Qarabağ” “Səbail”lə üz-üzə gələcək

Premyer Liqa: “Zirə” “Qəbələ” ilə, “Qarabağ” “Səbail”lə üz-üzə gələcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq.

İlk olaraq “Zirə” “Qəbələ”ni qəbul edəcək. “Qartallar” 24 xalla liderdir, “qırmızı-qaralar” səkkizxalla sonuncu - 10 pillədə qərarlaşıb.

Günün ikinci matçında “Qarabağ” “Səbail”lə üz-üzə gələcək. Ağdam təmsilçisi 23 xalla ikinci, “dənizçilər” 21 xalla dördüncü sıradadır.

16:30. “Zirə” -“Qəbələ”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev Hakim-inspektor: Ceyhun Haşımov AFFA nümayəndəsi: Yavər Rəhimov Zirə İdman Kompleksinin stadionu

19:00. “Qarabağ” -“Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Vüsal Məmmədov, Kamal Umudlu Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Azər Əsgərov Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”ı (1:0), “Sumqayıt” “Neftçi”ni (2:1), “Sabah” “Turan Tovuz”u (3:2) məğlub edib.

NE
Nihadə Eyyubova