İdman

Premyer Liqa: "Neftçi" "Sumqayıt"ı, "Turan Tovuz" "Sabah"ı qəbul edəcək

Premyer Liqa: Neftçi Sumqayıtı, Turan Tovuz Sabahı qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha iki oyunu keçiriləcək.

Demokrat.az xəbər verir ki, ilk olaraq "Neftçi" "Sumqayıt"ı qəbul edəcək.

"Neftçi Arena"dakı qarşılaşma saat 16:30-da start götürəcək. 18 xala malik komandalar 5-6-cı yerləri bölüşdürürlər.

Digər matçda "Sabah" "Turan Tovuz"un qonağı olacaq. Bu görüş saat 19:00-da başlanacaq. Bölgə klubu 15 xalla 7-ci, paytaxt təmsilçisi isə 13 xalla 8-ci pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası, XIII tur

16:30. “Neftçi” – “Sumqayıt” Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Zümrüd Ağayeva “Neftçi Arena”

19:00. “Turan Tovuz” – “Sabah” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev Hakim-inspektor: Rəhim Həsənov AFFA nümayəndəsi: Elgiz Abbasov Tovuz şəhər stadionu

Qeyd edək ki, turun “Zirə” – “Qəbələ” və “Qarabağ”– “Səbail” oyunları noyabrın 12-də gerçəkləşəcək. Ötən gün "Kəpəz" "Araz-Naxçıvan"ı minimal hesabla üstələyib - 1:0.

D
demokrat.az