İdman

“Qarabağ” “Bayer”ə uduzdu — YENİLƏNİB (VİDEO)

“Qarabağ” “Bayer”ə uduzdu — YENİLƏNİB (VİDEO)

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Demokrat.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv IV turda Almaniyanın “Bayer 04” klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın taleyini 1 qol həll edib. “Qarabağ” güclü rəqibi ilə başabaş mübarizə apardığı matçın yalnız 90+4-cü dəqiqəsində qol buraxıb. İngiltərəli baş hakim Kreyq Pousonun təyin etdiyi penaltini Viktor Bonifeys dəqiq yerinə yetirərək, komandasına 1:0 hesablı qələbə qazandırıb.

Bu qalibiyyət sayəsində xallarının sayını 12-yə çatdıran “Bayer 04” növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. “Qarabağ” isə 6 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” yer aldığı H qrupunda növbəti matçını noyabrın 30-da Norveçdə yerli “Molde”yə qarşı keçirəcək.

*** 22:46

“Qarabağ” və Almaniyanın “Bayer 04” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda fasilə başa çatıb.

Demokrat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə ikinci hissə başlayıb.

Hazırda hesab 0:0-dır.

*** 22:38

“Qarabağ” və Almaniyanın “Bayer 04” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun oyununda birinci hissə başa çatıb.

Demokrat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə komandalar fasiləyə yollanıblar.

İlk hissədə qapılara qol vurulmayıb.

*** 20:45

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda üz-üzə gələcək "Qarabağ" və Almaniyanın "Bayer" komandalarının start heyətləri açıqlanıb.

Demokrat.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 8. Marko Yankoviç, 6. Julio Romao, 7. Yassin Benzia, 15 Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo Olavio. Baş məşqçi: Qurban Qurbanov.

"Bayer”: 17. Matey Kovarj, 2. Yosip Stanişiç, 3. Ptero Hinkapye, 4. Conatan Ta, 20. Alexandro Qrimaldo, 8. Robert Endrix (k), 34. Qranit Caka, 19. Natan Tella, 10. Florian Virts, 21. Amin Adli, 22. Viktor Bonifase. Baş məşqçi: Xabi Alonso.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma bu gün saat 21:45-də başlayacaq. Görüşü ingiltərəli FIFA referisi Kreyq Pouson idarə edəcək.

D
demokrat.az