İdman

Avropa çempionatının seçmə mərhələsi: Millimiz mübarizəyə başlayır

Avropa çempionatının seçmə mərhələsi: Millimiz mübarizəyə başlayır

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2025-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq.

Oxu.Az-ın məlumatına görə, C qrupunda yer alan millimiz səfərdə Litvanın qonağı olacaq.

Avropa çempionatında debüt edəcək komandamız ilk matçda maksimum nəticəni hədəfləyir. Görüş saat 21:30-da start götürəcək.

AVRO-2025

Seçmə mərhələ I tur

21:30. Litva – Azərbaycan

Vilnüs. “Jeep Arena”

Qeyd edək ki, C qrupunun ilk matçında Polşa səfərdə Belçikaya 67:62 hesabı ilə qalib gəlib.

D
demokrat.az