İdman

Premyer Liqa: Bu gün "Neftçi" "Qəbələ" ilə, "Zirə" isə "Sabah"la səfərdə qarşılaşacaq

Premyer Liqa: Bu gün Neftçi Qəbələ ilə, Zirə isə Sabahla səfərdə qarşılaşacaq

Bu gün Azərbaycan Premyer Liqasında XII tura yekun vurulacaq.

“Report”un məlumatına görə, son gündə iki oyun keçiriləcək.

Əvvəlcə “Neftçi” meydana çıxacaq. “Ağ-qaralar” autsayderlər zonasında qərarlaşan “Qəbələ”nin qonağı olacaq. Adrian Mutunun yetirmələri liderlər qrupundan daha da uzaq düşməmək üçün səfərdə mütləq qalib gəlməlidirlər.

Tur paytaxt derbisi ilə başa çatacaq. Uğursuz mövsüm keçirən “Sabah” əks qrafik cızaraq liderlər qrupunda yer alan “Zirə”ni qəbul edəcək. Rəşad Sadıqovun kollektivi liderliyi itirməmək üçün çətin səfər görüşündə hesabına 3 xal yazdırmalıdır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Səbail" "Turan Tovuz"u (2:1), "Qarabağ" "Kəpəz"i (7:1), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:0) məğlub ediblər.

Premyer Liqa XII tur 5 noyabr

16:00. “Qəbələ” – “Neftçi” Baş hakim: Kamal Umudlu Qəbələ şəhər stadionu

18:30. “Sabah” – “Zirə” Baş hakim: Tural Qurbanov “Bank Respublika Arena”

D
demokrat.az