İdman Özəl

"Real Madrid"dən Arda Gülərlə bağlı AÇIQLAMA

Real Madriddən Arda Gülərlə bağlı AÇIQLAMA

Milli futbolçu Arda Gülər ​​"Real Madrid" - "Rayo Valyekano" matçının düşərgə heyətinə daxil edilib.

Demokrat.az xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Bildirilib ki, mövsümün əvvəlində “Fənərbaxça”dan transfer olan, “Real Madrid”də ardıcıl iki zədə səbəbindən hələ də oynamaq şansı olmayan Arda Gülər ​​ilk dəfə düşərgə heyətinə cəlb olunub.

Milli futbolçu İspaniya La Liqasının 12-ci həftəsində sabah saat 23.00-da "Real Madrid"in "Rayo Valyekano"nu qəbul edəcəyi matçın heyətinə daxil edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova