İdman

"Neftçi" klubu çempionatda ilk qələbəsini Cəlilabadda qazanıb

Neftçi klubu çempionatda ilk qələbəsini Cəlilabadda qazanıb

Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının II turunun oyunu baş tutub.

Federasiyadan "Report"a verilən məlumata görə, I turda məğlub olan "Neftçi" səfərdə "Cəlilabad" klubunu məğlub edib.

Oyun qonaqların 90:56 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular "Cəlilabad"dan Rişon Conson (38 xal, 8 ribaund), "Neftçi"dən Maykl Karter (19 xal, 4 ribaund) olublar.

Qeyd edək ki, II turun son oyunu - "Şəki" - "Sərhədçi" qarşılaşması noyabrın 5-də baş tutacaq.

D
demokrat.az