Fransanın Monpelye şəhərində keçirilən böyüklər arasında Avropa çempionatının ilk yarış günündə qadınlar arasında - 48 kq çəkidə mübarizə aparan cüdoçumuz Leyla Əliyeva ¼ final görüşündə zədələnib.
“Qafqazinfo” xəbər verir ki, L. Əliyeva milli yığmanın tibbi heyətinin qərarına əsasən, 10-11 noyabrda Avstraliyanın Pert şəhərində keçiriləcək Açıq Okeaniya turnirində iştirak edəcək heyətdən çıxarılıb.
Leyla Əliyevanın müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.


