Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.
Demokrat.az xəbər verir ki, “Zəfər turu”nun açılış matçında "Səbail" "Turan Tovuz"u qəbul edəcək.
"ASCO Arena"da reallaşan qarşılaşma saat 19:00-da başlayacaq. Paytaxt təmsilçisi 18 xalla 4-cü, Tovuz klubu 15 xalla 6-cı pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
XII tur 19:00. “Səbail” – “Turan Tovuz”
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Cəmil Quliyev, Rauf Allahverdiyev. VAR: Əliyar Ağayev. AVAR: Zeynal Zeynalov. Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov. “ASCO Arena”
Qeyd edək ki, XII turun digər görüşləri noyabrın 4-5-də gerçəkləşəcək.


