La Liqa komandası "Real Madrid" braziliyalı futbolçu Rodriqo ilə müqaviləni uzadıb.
Demokrat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, komanda braziliyalı oyunçu ilə müqaviləni 30 iyun 2028-ci il tarixinədək uzadıb.
Eyni zamanda komandaya 2019-cu ildə daxil olan oyunçunun bir çox qələbədə mühüm rol oynadığı qeyd edilib.
Aysu Demokrat.az


