İdman

Premyer Liqa: "Sumqayıt" "Qəbələ"ni, "Neftçi" "Sabah"ı qəbul edəcək

Premyer Liqa: Sumqayıt Qəbələni, Neftçi Sabahı qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.

"Report"un məlumatına görə, ilk olaraq "Sumqayıt" "Qəbələ"ni qəbul edəcək.

“Kapital Bank Arena”dakı qarşılaşma saat 16:00-da başlanacaq. "Gənclik şəhəri" təmsilçisi 14 xalla 7-ci, "qırmızı-qaralar" 7 xalla 9-cu pillədə qərarlaşıb.

Turun mərkəzi görüşündə isə "Neftçi" və "Sabah" komandaları üz-üzə gələcək. "Neftçi Arena"dakı matç saat 18:30-da start götürəcək. "Ağ-qaralar" 15 xalla 5-ci, "Sabah" isə 10 xalla 8-ci sıradadır.

29 oktyabr (bazar)

16:00. “Sumqayıt” – “Qəbələ” Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, Emin Əliyev Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Seymur Səlimli “Kapital Bank Arena”

18:30. “Neftçi” – “Sabah” Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Kamran Bayramov, Rauf Allahverdiyev Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Elgiz Abbasov “Neftçi Arena”

Qeyd edək ki, XI tura sabah reallaşacaq "Araz-Naxçıvan" - "Qarabağ" oyunu ilə yekun vurulacaq. Əvvəlki qarşılaşmalarda "Turan Tovuz" "Kəpəz"i 4 cavabsız qolla üstələyib. "Zirə" - "Səbail" matçında isə qalib müəyyənləşməyib - 2:2.

D
demokrat.az