İdman Özəl

Sandro Tonalinin cəzası dəqiqləşdi

Sandro Tonalinin cəzası dəqiqləşdi

İtaliyada başlayan mərc qalmaqalına görə istintaq altında olan "Nyukasl Yunayted"in futbolçusu Sandro Tonalinin futboldan uzaqlaşdırılacağı gözlənilir.

Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Məlumata görə, italyan ulduza 10-12 ay futboldan uzaqlaşdırılma cəzası verilməsi üçün prokurorluqla danışıqlar aparılır.

İtaliyalı futbolçunun mövsümə görə 8 milyon avro maaşı da dayandırılacaq.

Tonali həmçinin 8 ay müddətində qumar asılılığından müalicə alacaq.

Aysu Demokrat.az

D
demokrat.az