Türkiyə Böyük Millət Məclisinin (TBMM) İnsan Haqları Araşdırma Komissiyası Qəzzaya səfər edəcək.
Demokrat.az xəbər verir ki, bu barədə Komissiyanın sədri Derya Yanık açıqlama verib.
O bildirib ki, Komissiya üzvləri insan haqları pozuntularını yerində araşdırmaq üçün bölgəyə yollanacaq:
"Qəzza bölgəsindəki münaqişələr nəticəsində 5 mindən çox dinc sakin həyatını itirib. O cümlədən 2 mindən çox körpə və uşaq, 10 mindən çox mülki vətəndaş yaralanıb. Baş verən insan faciəsini böyük narahatlıqla izləyirik. Bu səbəbdən üzvlərimiz əraziyə yollanaraq araşdırmalarını davam etdirəcək".
Aysu Demokrat.az


