Dabanından zədə alan Mauro İkardinin son durumu açıqlanıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Qalatasaray"ın baş məşqçisi Okan Buruk məlumat verib.
O bildirib ki, futbolçunun son vəziyyəti ilə bağlı dəqiq məlumat sabah bəlli olacaq:
"Bugünkü məşqdən əvvəl Mauro İkardinin vəziyyətini yenidən qiymətləndiriləcək. Onunla bağlı tam qərarı sabah verəcəyik. Oyunçunun növbəti oyunlarda iştirak edib etməməsi hələ ki məlum deyil".
Aysu Demokrat.az


