İdman

Komandamız Rusiyada keçirilən Beynəlxalq turnirdə 16 medal qazandı

Komandamız Rusiyada keçirilən Beynəlxalq turnirdə 16 medal qazandı

13-15 oktyabr 2023-cü il tarixlərində Rusiya Federasiyasının Rostov-na-Donu şəhərində “Avrasiya Kuboku 2023” döyüş sənətləri üzrə Beynəlxalq festival-turniri keçirilib.

Oxu.Az-ın məlumatına görə, turnirdə iştirak edən Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşiki Karate Federasiyası komandası ümumilikdə 7 qızıl, 4 gümüş, 5 bürünc medal qazanıblar.

10-11 yaş uşaqlar arasında keçirilən yarışda Fuad Salayev3-cü yer, 12 yaşlı XanhısənFeyziyev isə birinci yeri tutub. 16-17 yaş yeniyetmələr arasında keçirilən yarışda isəEyvazxan Məlikov 3-cü yeri tutub. 12-13 yaş qızlar arasında keçirilən turnirdə isəZeynəbMövsümzadə 1-ci yeri tutub. 18 yaşdan yuxarı qadınlar arasında keçirilən turnirdə birinci yerin sahibi isə SevincMövsümzadə olub. Veteranlar arasında keçirilən yarışın qalibi isəNazimMövsümzadədir.

Kumite (Oğlanlar) nəticələri:MirRaufƏlizadə (12-13) +50kq - 2-ci yer,MusaƏkbərli (14-15 ) -50 kq - 3-cü yer,Kənanİsmayılzadə (16-17) - 65 kq - 3-cü yer,EyvazxanMəlikov (16-17) - 75 kq - 2-ci yer. Qızlar:ZeynəbMövsümzadə (12-13) - 45 kq - 1-ci yer, Mövsümzadə Fatimə (14-15) - 50 kq - 2-ci yer,SevincMövsümzadə (+18) - 55 kq - 1-ci yer, - 65kq - 1-ci yer.

NE
Nihadə Eyyubova