Hadisə

Göygöldə mikroavtobusla avtomobil toqquşdu: Xəsarət alanlar var

Göygöldə mikroavtobusla avtomobil toqquşdu: Xəsarət alanlar var

Göygöldə mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 12 nəfər xəsarət alıb.

“Report”unməlumatına görə, “Mercedes-Benz”markalı mikroavtobuslaVAZmarkalı minik avtomobili toqquşub.

Hadisə yerinə yol polisləri və təcili tibbi yardım briqadası cəlb olunub.

Yaralılar xəstəxanaya yerləşdirilib, hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

Onların arasında azyaşlı da olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova