İdman

DÇ-2024: Azərbaycan - Qazaxıstan oyununa təyinatlar açıqlandı

DÇ-2024: Azərbaycan - Qazaxıstan oyununa təyinatlar açıqlandı

Futzal üzrə DÇ-2024-ün elit mərhələsində keçiriləcək Azərbaycan - Qazaxıstan oyununa təyinatlar açıqlanıb.

Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, qarşılaşmanı Finlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Hakimlər: Kirill Naişouler, Arttu Kiynaeraeynen, Paavo Komppa (hamısı Finlandiya).

Hakim-inspektor: Tarik Keço (Bosniya və Herseqovina). UEFA nümayəndəsi: Şon Dipple (İngiltərə).

Qeyd edək ki, oktyabrın 6-da Bakı İdman Sarayında keçiriləcək görüş saat 20:00-da başlayacaq.

D
demokrat.az