Tanınmış hərbi ekspert Ədalət Verdiyev Azərbaycanın Xankəndiyə daxil olmamasının səbəblərini açıqlayıb.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu haqda yazan ekspert məsələyə aydınlıq gətirib:

O, tezliklə Xankəndidə bayrağımızın dalğalanacağını qeyd edib:
"Rusiya kontingenti Ağdam, Kəlbəcər və Laçında olduğu kimi erməni silahlılarını ərazidən çıxaracaq, həm də silahları və texnikaları yığıb bizə təhvil verəcək. Bundan sonra əraziyə girmək daha təhlükəsiz olacaq. Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik və ruslarla əlaqədəyik. Bu günə qədər şeytan yuvası olan Xankəndi üzərində bayrağımızı hər an dalğalandıra bilərik, amma bunu itkisiz etməliyik və mütləq yaxın zamanda edəcəyik. Kimsənin şübhəsi olmasın. Rahat olun".


