Türkiyənin Hatay vilayətində dəmir yüklü maşınının aşması nəticəsində 1 nəfər yaralanıb, 4 avtomobilə ziyan dəyib.
Demokrat.az xəbər verir ki, hadisə vilayətin Belen rayonunda baş verib.
Aşan yük maşınındakı dəmir qırıntıları ətrafa səpələnib və yolda olan 4 avtomobilə ziyan dəyib.
Qəzada avtomobillərdən birində olan sürücü ağır yaralanıb.
Hadisə yerinə gələn təcili tibbi yardım qrupları yaralını rayon xəstəxanasına yerləşdirib.
Qəzaya görə bir müddət nəqliyyatın hərəkəti dayandırılıb.
Aysu Demokrat.az


