Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulacaq.
Demokrat.az xəbər verir ki, son gündə də iki görüş baş tutacaq.
Əvvəlcə, “Turan Tovuz” doğma meydanda “Qəbələ”ni sınağa çəkəcək.
Turun son matçında “Qarabağ” “Sabah”la üz-üzə gələcək.
Daha öncə “Zirə” “Sumqayıta” (1:0), “Araz-Naxçıvan” “Neftçi”yə (1:0), “Səbail” isə “Kəpəz”ə (3:0) qalib gəlib.
Azərbaycan Premyer Liqası 6-cı tur 17 sentyabr
“Turan Tovuz” – “Qəbələ” Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin Əliyev Tovuz şəhər stadionu, 16:30
“Qarabağ” – “Sabah” Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rəşad Əhmədov Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.//Qafqazinfo


