İdman Özəl

Mulekaya 4 milyonluq TƏKLİF

Mulekaya 4 milyonluq TƏKLİF

Beşiktaşdakı futbol oyunu ilə diqqət çəkən Cekson Muleka üçün Qətər komandası Er-Rayyan 4 milyon avro təklif edib.

Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Məlumata görə, Qətər klubu oyunçunu transfer etməkdə israrlı olduğu bildirilib.

Beşiktaş rəhbərliyinin təklifi baş məşqçi Şenol Günəşə çatdırdığı və transferlə bağlı son qərarı Şenol Günəşə buraxdığı öyrənilib.

Mulekanın transferi reallaşarsa, Beşiktaşın qısa zamanda cinah transferi edəcəyi də xəbərlər arasındadır.

Qeyd edək ki, ötən mövsüm “Standard Liqa”dan 3 milyon 350 min avroya “Beşiktaş”a transfer olunan 23 yaşlı hücumçunun müqaviləsi 2027-ci ildə başa çatacaq.

Aysu Demokrat.az

D
demokrat.az