İdman

AFFA təxribatla bağlı UEFA-ya müraciət edəcək

AFFA təxribatla bağlı UEFA-ya müraciət edəcək

AFFA Ermənistan və Xorvatiya yığmaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyunundakı təxribatla bağlı UEFA-ya müraciət edəcək.

Bu barədə"Report"a milli assosiasiyanın mətbuat katibi Elnur Məmmədli məlumat verib.

Qeyd edək ki, ermənilər sözügedən qarşılaşmada dronla qondarma rejimin "bayrağı"nı qaldırıblar. Oyun Xorvatiya millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

NE
Nihadə Eyyubova