İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales istefa verib.
Demokrat.az xəbər verir ki, o, bu barədə sosial media hesabından açıqlama paylaşıb.
Qeyd edək ki, avqustun 20-də İspaniya yığması İngiltərə yığmasını məğlub edərək (1:0) ilk dəfə qadınlar arasında dünya çempionatının qalibi olub. Mükafatlandırma mərasimində Rubiales medalı komandanın oyunçusu Hennifer Hermosoya taxıb və futbolçunun dodaqlarından öpüb.
Bunun ardından Rubialesin istefası tələb edilib.
Bildirək ki, Luis Rubiales 2018-ci ildən İspaniya Futbol Federasiyasının prezidenti idi.
Aysu Demokrat.az


