İdman

Neymar yığmada Pelenin qol rekordunu yenilədi

Neymar yığmada Pelenin qol rekordunu yenilədi

Braziliya millisinin hücumçusu Neymar əfsanəvi futbolçu Pelenin milli komandadakı qol rekordunu yeniləyib.

Demokrat.az xəbər verir ki, bu göstəriciyə o, Boliviya millisi ilə 2026-cı il dünya çempionatının seçmə mərhələsində ki matçda dubl edərək nail olub.

Rəqibini 5:1 hesabı ilə məğlub edən Braziliyada iki qol vuran Neymar yığma komandadakı qol hesabını 79-a çatdıırıb.

Bununla o, 77 qola vuran əfsanəvi futbolçu Peleni geridə qoyub.

Qeyd edək ki, Boliviya ilə matçın 17-ci dəqiqəsində Neymar təyin olunmuş penalti zərbəsini yerinə yetirə bilməyib.//APA

D
demokrat.az