İdman

Azərbaycan Premyer Liqasında V tura yekun vurulacaq

Azərbaycan Premyer Liqasında V tura yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulacaq.

Demokrat.az xəbər verir ki, ilk olaraq "Kəpəz" "Araz Naxçıvan"ı qəbul edəcək.

Dörd xala malik komandalar 8-9-cu yerləri bölüşdürürlər.

Tur "Səbail" - "Qarabağ" görüşü ilə başa çatacaq. "Köhlən atlar" 7 xalla beşinci, "dənizçilər" 4 xalla yeddinci pillədə qərarlaşıblar.

Azərbaycan Premyer Liqası, V tur 3 sentyabr (bazar)

17:00. "Kəpəz” – “Araz-Naxçıvan” Hakimlər: Kamran Əliyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev. Hakim-inspektor: Vüsal Əliyev. AFFA nümayəndəsi: Rüfət Əmirov. Gəncə şəhər stadionu

19:30. “Səbail”– “Qarabağ” Hakimlər: Kamranbəy Rəhimov, Elşad Abdullayev, Zöhrab Abbasov, İslam Məmmədov. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Əsgər Əmirəliyev. “ASCO Arena”

Qeyd edək ki, əvvəlki matçlarda "Turan Tovuz" "Sabah"ı 3:0, "Qəbələ" "Zirə"ni, "Neftçi" isə "Sumqayıt"ı 1:0 hesabı ilə üstələyib.//Report

D
demokrat.az