Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha iki oyunu baş tutacaq.
Demokrat.az xəbər verir ki, ilk olaraq "Qəbələ" "Zirə"ni qəbul edəcək.
Əvvəlki bütün qarşılaşmalarda məğlub olan "qırmızı-qaralar" sonuncu pillədə qərarlaşıb. Bütün görüşlərdə qələbə qazanan paytaxt klubu isə 12 xalla liderdir.
Günün ikinci matçında "Neftçi" "Sumqayıt"ın qonağı olacaq. "Ağ-qaralar"lar 5 xalla 4-cü, rəqiblərindən bir oyun az keçirən "Gənclik şəhəri" təmsilçisi 7 xalla üçüncüdür.
Azərbaycan Premyer Liqası, V tur
2 sentyabr (şənbə)
18:00. “Qəbələ” – “Zirə” Hakimlər: Cavid Cəlilov, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Qəbələ şəhər stadionu
20:30. “Sumqayıt” – “Neftçi” Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamal Umudlu. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Elçin Məmmədov. “Kapital Bank Arena”
Qeyd edək ki, turun ilk oyununda "Turan Tovuz" səfərdə "Sabah"ı üç cavabsız qolla üstələyib. Tura sentyabrın 3-də “Kəpəz” – “Araz-Naxçıvan” və “Səbail”– “Qarabağ” görüşləri ilə yekun vurulacaq.//Report


