İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialesin istefası tələb edilib.
Demokrat.az xəbər verir ki, bu barədə İspaniya futbolunun rəhbərliyində olan 19 menecer çağırış edib.
Buna səbəb onun Dünya Kuboku mükafatlandırma mərasimində komandanın hücumçusu Cenni Hermosonu dodaqlarından öpməsi olub.
Luis Rubiales daha sonra öpüşün qarşılıqlı olduğunu iddia edərək, istefa verməyəcəyini bildirib.
Qeyd edək ki, İspaniya Milli Məhkəməsi Rubialesin oyunçulara göstərdiyi cinsi təcavüz şübhəsi ilə bağlı ilkin araşdırmaya başlayıb.
Aysu Demokrat.az


