İdman

Dünya çempionatı: Azərbaycan millisi komandalararası yarışda finala vəsiqə qazandı — YENİLƏNİB

Dünya çempionatı: Azərbaycan millisi komandalararası yarışda finala vəsiqə qazandı — YENİLƏNİB

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən dünya çempionatında komandalararası yarışda növbəti qələbəsini qazanıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma yarımfinalda Türkiyə seçməsini məğlub edib - 4:3.

14:05

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən dünya çempionatında komandalararası yarışda növbəti qələbəsini qazanıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma 1/4 finalda Qazaxıstanı məğlub edib - 4:2.

12:50

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən dünya çempionatında komandalararası yarışa qələbə ilə start verib.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma 1/8 finalda Yunanıstana qalib gəlib - 4:1.

Milli növbəti mərhələdə Qazaxıstan - Çin Taypeyi cütünün güclüsü ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan seçməsi fərdi mübarizəni medal sıralamasında birinci pillədə başa vurub. Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq), Süleyman Şükürov (73 kq) və Ramazan Əhmədov (90+) isə bürünc medal əldə ediblər.

09:29

Bu gün Xorvatiyada keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatına yekun vurulacaq.

“Report”un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, sonuncu gündə komandalararası yarış baş tutacaq.

Azərbaycan millisi 1/8 final mərhələsində Yunanıstan seçməsi ilə üz-üzə gələcək.

Qeyd edək ki, yığma fərdi mübarizəni medal sıralamasında birinci pillədə başa vurub. Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq), Süleyman Şükürov (73 kq) və Ramazan Əhmədov (90+) isə bürünc medal əldə ediblər.

D
demokrat.az