İdman

Musa ilk qolunu belə vurdu, komandası mərhələ adladı — VİDEO

Musa ilk qolunu belə vurdu, komandası mərhələ adladı — VİDEO

Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" bu gün İsveç kubokunda seçmə mərhələ oyununa çıxıb.

Qol.az xəbər verir ki, komanda 2-ci mərhələdə 1-ci divizionun lideri "Sandvikens"lə qarşılaşıb. Matç "Yurqorden"in 5:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Yurqorden" növbəti mərhələyə adlayıb. Komanda bundan sonra kubokda mübarizəni qrup mərhələsində davam etdirəcək.

Qeyd edək ki, M.Qurbanlı sözügedən görüşdə meydana start heyətində çıxıb. O, 12-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub. Bu, Musanın İsveç klubunda ilk qoludur.

23 avqust

20:00. "Sandvikens" - "Yurqorden" - 1:5

Qollar: Milleskoq, 10 (0:1), Musa Qurbanlı, 12 (0:2), İgbarumah, 31 (1:2), Danielson, 45-pen. (1:3),Milleskorq, 66 (1:4), Haris Radetinaç, 90 (1:5)

D
demokrat.az