"Beşiktaş"dan ayrılan kamerunlu futbolçu Corc Kevin Nkoudou Səudiyyə Ərəbistanı komandası "Damak FK" ilə razılığa gəlib.
Demokrat.az xəbər verir ki, bu barədə "L'Equipe" qəzeti məlumat yayıb.
Bildirilib ki, 28 yaşlı futbolçu yaxın vaxtlarda rəsmi müqavilə imzalamaq üçün Səudiyyə Ərəbistanına gedəcək.
Qeyd edək ki, "Damak" futbol klubu ötən mövsüm Səudiyyə Ərəbistanı Pro Liqasında 30 oyundan 36 xal toplayaraq 8-ci yerdə qərarlaşıb.
Aysu Demokrat.az


