Bu gün Azərbaycan Premyer Liqasında II tura start veriləcək.
Demokrat.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Açılış matçında "Qəbələ" "Dalğa Arena"da "Araz-Naxçıvan"la üz-üzə gələcək. Saat 18:00-da başlayacaq qarşılaşmanın baş hakimi Fərid Hacıyev olacaq.
Hazırda xalı olmayan komandalar 9-10-cu pillələrdə qərarlaşıblar.
Günün digər oyununda isə "Zirə" evdə "Kəpəz"lə qarşılaşacaq. Kamal Umudlunun idarə edəcəyi görüş saat 21:00-da start götürəcək.
İlk turdan sonra hərəyə 3 xalı olan bu iki kollektiv 4-5-ci yerləri bölüşdürürlər.
Azərbaycan Premyer Liqası II tur 12 avqust (şənbə)
18:00. "Araz-Naxçıvan" - "Qəbələ" Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Vüsal Məmmədov, Əli Əliyev VAR: Kamranbəy Rəhimov AVAR: Cavid Cəlilov Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Yavər Rəhimov "Dalğa Arena"
21:00. “Zirə” – “Kəpəz” Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Asiman Əzizli, Vüqar Həsənli VAR: Əliyar Ağayev AVAR: Zeynal Zeynalov Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Elman Musayev Zirə İdman Kompleksinin stadionu, 21:00
Qeyd edək ki, turun "Qarabağ" - "Turan Tovuz" və "Sumqayıt" - "Sabah" görüşləri avqustun 13-də, "Neftçi" - "Səbail" matçı isə avqustun 14-də baş tutacaq.//Report


