İdman Özəl

Məşhur futbolçu əməliyyat olunacaq

Məşhur futbolçu əməliyyat olunacaq

İspaniya 1-ci Futbol Liqası (La Liqa) komandalarından olan "Real Madrid"in üzvü, türkiyəli məşhur futbolçu Arda Gülər əməliyyat olunacaq.

Demokrat.az xəbər verir ki, bu barədə "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti açıqlama verib.

O bildirib ki, bir müddətdir zədəli olan oyunçunun sağlamlıq problemləri var:

"O, tez bir zamanda əməliyyat olunacaq və müalicəsi gözlənildiyindən daha qısa çəkəcək. Sadəcə səhhətində kiçik problem var. Futbolçunun şəxsi həyatına müdaxilə etməmək üçün zədənin təfərrüatlarını açıqlamayacam. Qeyd edə bilərəm ki, hər şey yaxşıdır".

Xatırladaq ki, 18 yaşlı oyunçu iyulun 21-də keçirilən məşq zamanı zədələnib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova