İdman

“Neftçi” Bakıda “Beşiktaş”a məğlub olub

“Neftçi” Bakıda “Beşiktaş”a məğlub olub

“Neftçi” bu gün növbəti avrokubok matçına çıxıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın bürünc mükafatçısı Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununu keçirib.

Bakılılar Türkiyə “Beşiktaş” ilə üz-üzə gələcək. İlk qarşılaşma “Neftçi Arena”da baş tutub. Adrian Mutunun yetirmələri İstanbul səfəri öncəsi dolu tribunalar önündə azarkeşlərini sevindirə bilməyib.

Qeyd edək ki, İstanbulda keçiriləcək cavab görüşü avqustun 17-də təşkil olunacaq.

NE
Nihadə Eyyubova