Türkiyənin Bursa vilayətində ipək fabrikində yanğın baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
Məlumata əsasən, naməlum səbəbdən baş verən yanğın yerli vaxtla saat 17:30 radələrində ətrafı bürüyüb.
Nəticədə ətrafdakı daha 4 fabrikə də zərər dəyib.
Hadisə yerinə yanğınsöndürmə və xilasetmə qrupları göndərilib.
Fabriklər qısa müddət ərzində boşaldılıb, xilasetmə işləri davam etdirilir.
Aysu Demokrat.az


