Milli Məclisin deputatı Elman Nəsirov Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti seçilməsi münasibətilə ötən gün doğulduğu və təmsil olunduğu Cəlilabad rayonunda qurban kəsib.
Bu barədə Demokrat.az-a Elman Nəsirov özü məlumat verib.
Deputat bildirib ki, kəsdiyi qurbanlar əsasən ehtiyacı olan insanlara paylanılıb:
"Çox şadam ki, tutduğum sözün üstündə durdum. Ötən gün kəsdiyim qurbanları əsasən tanıdığım və ən çox ehtiyacı olan insanlara payladıq. Əsas hədəfimiz kasıb insanları sevindirmək idi".
Şəhanə Demokrat.az


