Dünya Özəl

İsveçrə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar paketini təsdiqlədi

İsveçrə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar paketini təsdiqlədi

Avropa İttifaqının üzvü olmayan İsveçrə hökuməti Rusiyaya qarşı sanksiyalara başladığını açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə İsveçrə hökumətinin yaydığı bəyanatda deyilir.

Qeyd edilib ki, Avropa İttifaqının Rusiyaya qarşı 10-cu sanksiyalar paketi tətbiq edilməyə başlayıb.

Paket çərçivəsində Rusiyanın hərbi və texnologiyasının inkişafına töhfə verən məhsulların ixracına məhdudiyyətlər qoyulub.

Xatırladaq ki, İsveçrə 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsindən sonra Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarında iştirak edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova