Hadisə

Azərbaycanlı Türkiyədə ağır qəzaya düşdü — FOTOLAR/VİDEO

Azərbaycanlı Türkiyədə ağır qəzaya düşdü — FOTOLAR/VİDEO

Türkiyənin İstanbul şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə Bahçelievler rayonunda olub.

Belə ki, avtobus səkiyə çıxaraq əvvəlcə dayanacaqda gözləyən insanları əzib, sonra mikroavtobusa çırpılıb. Hadisə nəticəsində 5 nəfər yaralanıb, 1 nəfər isə həyatını itirib.

Bildirilib ki, qəza nəticəsində həlak olan şəxs fiziki məhdudiyyətli bir Türkiyə vətəndaşı olub. Azərbaycan vətəndaşı Əhməd Rzayev isə yaralanıb və vəziyyəti ağırdır. Həmçinin 1 Əlcəzair vətəndaşı və 3 Türkiyə vətəndaşı da qəzada yaralanıb.

Hadisə ilə əlaqədar avtobus sürücüsü saxlanılıb.

Azərbaycanlı Türkiyədə ağır qəzaya düşdü — FOTOLAR/VİDEO
Azərbaycanlı Türkiyədə ağır qəzaya düşdü — FOTOLAR/VİDEO
Azərbaycanlı Türkiyədə ağır qəzaya düşdü — FOTOLAR/VİDEO

D
demokrat.az