Region

Türkiyədə ağır qəza — Ölənlər var

Türkiyədə ağır qəza — Ölənlər var

Türkiyənin Kayseri şəhərinin Pınarbaşı rayonunda sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, olay Kayseri-Malatya yolunun 60-cı kilometrliyində baş verib.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə Pınarbaşındakı xəstəxanalara qaldırılıblar.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az