Region

Rusiyada hərbi hissədə partlayış, ölənlər və yaralılar var

Rusiyada hərbi hissədə partlayış, ölənlər və yaralılar var

Rusiyada hərbi hissədə partlayış olub.

"Qafqazinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Belqorod vilayətində qeydə alınıb.

Belə ki, bir hərbçinin əlindəki qumbara partlayıb. Nəticədə silah-sursat anbarında partlayış baş verib.

Hadisə zamanı 3 hərbçi ölüb, 16 hərbçi yaralanıb.

Faktla bağlı araşdırmalar davam edir.

NE
Nihadə Eyyubova