Hadisə

Bakıda 4 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanıldı

Bakıda 4 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanıldı

Bakıda 4 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb.

Hüquq-mühafizə orqanlarından Demokrat.az-a verilən xəbərə görə, 4 nəfərin ölümü nəticələnən qəza ilə bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə müvafiq ekspertzialar təyin edilib, istintaq hərəkətləri aparılır.

D
demokrat.az