Hadisə

Sabirabadda ərlə arvadın mübahisəsi qanla bitdi

Sabirabadda ərlə arvadın mübahisəsi qanla bitdi

Sabirabadda ər arvadını bıçaqlayıb.

“Report”un məlumatına görə, hadisə rayonun Qalağayın kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Rüstəmova Fərqanə Yaşar qızı bədənin kəsilmiş-deşilmiş yarası ilə Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, aralarında yaranmış mübahisə zamanı F.Rüstəmova əri tərəfindən bıçaqlanaraq xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova