Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2022-nin dünən baş tutan finalında qol vurarkən meydanda 13 komanda yoldaşı olub.
Epizod görüşün 108-ci dəqiqəsində qeydə alınıb.
Cənubi amerikalı superulduz rəqib qapısını nişan alarkən ehtiyatda olan iki argentinalı meydana girib və top qapı xəttini keçdiyi anda onların hər ikisi qazon üzərində olub. Bu qol 35 yaşlı Leonun komandasını hesabda önə keçirib.



